Menu

Rusiya “Ordu Oyunları”ndan vaz keçdi - Hərbi texnika çatışmır

24.05.2024, 15:49
Rusiya “Ordu Oyunları”ndan vaz keçdi - Hərbi texnika çatışmır

Rusiya Ukrayna müharibəsinə qədər hər il keçirdiyi “Ordu Oyunları”ndan imtina edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “İzvestiya” öz mənbələrinə istinadla məlumat yayıb.

Beləliklə, Rusiya artıq ikinci ildir ki, hərbi hissələrin “Ordu Oyunları” beynəlxalq yarışlarını keçirməyəcək. Bu tədbir keçən il də keçirilməyib. Həmin vaxt oyunların 2024-cü ildə keçiriləcəyi vəd edilmişdi. Lakin göründüyü kimi, bu il də Rusiya ordusu sözügedən tədbirdən imtina etməyə məcbur olub.

Müşahidəçilər qeyd edirlər ki, “Ordu Oyunları”ndan imtina edilməsi Rusiyanın hərbi texnika sarıdan çətinlik yaşaması ilə əlaqədardır. Bu texnika və canlı qüvvə hazırda daha çox cəbhədə lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol