Menu

Şuşada daha 38 ailəyə evlərinin açarları təqdim edildi - FOTOLAR

24.05.2024, 17:02
Şuşada daha 38 ailəyə evlərinin açarları təqdim edildi - FOTOLAR

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

"AzPolitika" xəbər verir ki, 38 ailə olmaqla, 136 nəfər Şuşa sakini doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol