Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda növbəti uğurlu əməliyyatını keçirib.
“AzPolitika” xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının üzvləri Hadice Kaya və Heva Kıvelçek zərərsizləşdirilib.
Məlumata görə, “Nuciyan İsyan” kod adlı Hadice Kaya 2015-ci ildə PKK sıralarına qoşulub. O, 2016-cı ildə Qaredə silahlı-ideoloji təhsil alıb, 2018-ci ildə Avaşinə köçüb. PKK-nın Hakurk bölgəsindəki əməliyyatlarında iştirak edib.
Digər terrorçu - “Diljin Azadi” kod adlı Heva Kivelçekin isə Suriya vətəndaşı olduğu bildirilir. O, terror təşkilatına 2015-ci ildə, hələ uşaq ikən qatılıb. 2018-ci ildə Qaredə silahlı-ideoloji təhsil alan Heva Kivelçek Avaşin bölgəsində də xüsusi təlimlərdə iştirak edib.
“AzPolitika.info”



Şərhlər