Menu

“Bu uşaq qarşısıalınmaz olacaq” – Məşhur məşqçidən Arda Gülərə tərif dolu sözlər

24.05.2024, 17:54
“Bu uşaq qarşısıalınmaz olacaq” – Məşhur məşqçidən Arda Gülərə tərif dolu sözlər

“Bu uşaq qarşısıalınmaz olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu İngiltərənin “Mançestr Siti” klubunun baş məşqçisi Pep Qvardiola Türkiyə yığmasının və “Real Madrid” klubunun gənc ulduzu Arda Gülər haqda danışarkən deyib.

Qvardiola 19 yaşlı türk futbolçunun çıxışından çox təsirləndiyini bildirib.

“Real Madrid onunla tez-tez oynasa, bu uşaq qarşısıalınmaz olacaq, o, çox yaxşıdır”,-deyə katalon əsilli ispaniyalı mütəxəssis qeyd edib.

İspan mətbuatında yer alan başqa bir xəbərə görə “Mançester Siti” “Real Madrid”ə transfer olunmamışdan əvvəl Arda Gülərə təklif yollamadığı üçün peşman olub.

Qeyd edək ki, mövsümün əvvəlində “Fənərbaxça”dan bonuslarla birlikdə 30 milyon avroya “Real Madrid”ə transfer olan Arda Gülər son vaxtlar uğurlu çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilib. Arda Gülər bu mövsüm “Real Madrid”in heyətində 12 matç keçirib. 19 yaşlı on nömrə bu görüşlərdə 6 qol vurmağı bacarıb.

“Real Madrid”lə müqaviləsi 30 iyun 2029-cu ildə başa çatacaq Arda Gülərin hazırkı bazar dəyəri 15 milyon avrodur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol