Menu

"İsrail onları unudub" - 10 ildir HƏMAS əsirliyində qalan şəxslərin görüntüləri yayıldı (FOTO)

25.05.2024, 11:51
"İsrail onları unudub" - 10 ildir HƏMAS əsirliyində qalan şəxslərin görüntüləri yayıldı (FOTO)

HƏMAS-ın silahlı qanadı Qəssam Briqadaları 10 ildir əsir saxladıqları 4 israillinin görüntülərini dərc edib.

"AzPolitika" xəbər verir ki, "Telegram" kanalından yayımlanan videoda 2014-cü ildən Qəzzada saxlanılan israilli məhbuslar Oron Şaul, Hadar Qoldin, Avraham Mengistu və Hişam əl-Seyidin fotoşəkilləri yer alıb.

Videoda 4 israillinin əsir götürülməsindən 10 ildən çox vaxt keçdiyi diqqətə çatdırılıb və bu qeydlər yar alıb: “Hökuməti və ordusu laqeyd qaldığı və unutduğu kimi xalqı və ailələri də onları unutdularmı? 7 oktyabr əsirləri də onlar kimi qalacaqlarmı? Vaxt daralır, hökumətiniz yalan danışır”.

"AzPolitika.info" 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol