"Bizdə olan məlumata görə, dünən Baqrat, Köçəryan və daşnakların iştirakı ilə qapalı iclas baş tutub".
"AzPolitika" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyana yaxın “teleqram” kanalları məlumat yayıb.
"Baqrat dalana dirəndi və Köçəryan sükanı öz əlinə aldığını və hərəkata özü rəhbərlik edəcəyini açıq şəkildə bildirdi", - məlumatda qeyd olunur.
“Teleqram” kanalları iddia egir ki, Köçəryanın səyləri ilə təhlükəli aksiyalar və təxribatlar təşkil olunacaq. Onlar Axalkələkidən ola cinayətkar biznesmen Norayr Tevanyanla əlaqə saxlayırlar.
"Bu görüşdən sonra Baqrat Qareginin yanına gedib və bütün planlarını ona təqdim edib. Əslində bizdə elə bir vəziyyət yaranıb ki, katolikos kilsəsinin rəhbəri ölkədə gözlənilən təxribatları bilir və dolayısı ilə bu təxribatlara xeyir-dua verir. Bu, cəzasız və nəticəsiz qala bilməz", - məlumatda qeyd olunur.
"AzPolitika.info"


Şərhlər