Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında helikopter qəzasına düşmək təhlükəsilə üz-üzə qalıb. Onu aparan helikopter məcburi eniş edib.
“AzPolitika” xəbər verir ki, erməni mətbuatı Paşinyanın Tavuş vilayətinə səfər etmək üçün yola çıxdığını yazıb. Xəbərdə deyilir ki, yolun qalan hissəsini avtomobillə davam edən Paşinyan Tavuşa gəlib. Məlum olub ki, Baş nazir Bağanisdəki kənd məktəbində əhali ilə görüş planlaşdırır.
Erməni mətbuatı yazır ki, təhlükəsizlik əməkdaşları məktəb binasına daxil olmağa icazə vermirlər. Jurnalistlərdən biri məktəbə girə bilib, lakin onu zorla binadan çıxarıblar.
Qeyd edək ki, bu ərazi Azərbaycanın Qazax rayonunun azad edilən 4 kəndi ilə həmsərhəddir. Nikol Paşinyanın həmsərhəd Voskepar, Kirants və Berkaber kəndlərinə də gedəcəyi istisna olunmur.
“AzPolitika.info”


Şərhlər