Menu

Xankəndinin sabiq “meri” həbs edilib

27.05.2024, 12:15
Xankəndinin sabiq “meri” həbs edilib

Ermənistanda Xankəndinin “keçmiş meri” David Sarkisyan 20 sutkalıq həbs edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan erməni mətbuatına məlumat verib.

Xəbərdə qeyd olunur ki, bundan əvvəl Ermənistan polisi Sarkisyanın evində axtarış aparıb. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobili mənimsəməkdə ittiham olunub. İşlə bağlı istintaq davam edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol