Menu

“Rusiya Ermənistana yardım göstərməyə hazırdır” – Müdafiə Nazirliyi bəyanat verdi

27.05.2024, 14:31
“Rusiya Ermənistana yardım göstərməyə hazırdır” – Müdafiə Nazirliyi bəyanat verdi

Rusiya Ermənistan yardım təklif edib. 

“AzPolitika” xəbər verir ki, Müdafiə Nazirliyi daşqın və sel sularının nəticələrinin aradan qaldırılmasında Ermənistana yardım etməyə hazır olduğunu açıqlayıb.

“Ermənistan Respublikasında güclü leysan və tufan nəticəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya Müdafiə Nazirliyi sel və daşqınların nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazırdır” – deyə, açıqlamada bildirilir.

Qeyd olunur ki, 102-ci Rusiya Hərbi Bazasının komandanlığına şəxsi heyətin, eləcə də lazımi texnikanın ayrılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

“Ermənistan tərəfinin tələbi ilə Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti və texniki vasitələri dərhal fəlakət bölgələrinə göndəriləcək”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol