Menu

Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

27.05.2024, 16:18
Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev “2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Fərzəliyev, Həqiqət Cavadova və Əfsun Sucayevə, mədəniyyət sahəsi üzrə isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Ələkbərzadəyə verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol