Pakistan bu il kamikadze hücumunda həlak olan çinli işçilərin ailələrinə 2 milyon dollardan çox pul ödəyəcək.
Bu barədə “Amerikanın Səsi” məlumat verib. Bildirilir ki, Pakistanın ən yüksək iqtisadi qurumu olan İqtisadi Koordinasiya Komitəsi (İƏK) əcnəbi qurbanların ailələrinə təzminat kimi 2,58 milyon dollar paketi təsdiqləyib. Nazirlik açıqlamasında bildirib ki, İƏK həmçinin, baş verən hücumda həlak olan pakistanlı sürücünün ailəsinə 9 min dollar ödəyəcək.
Xatırladaq ki, martın 26-da ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində kamikadzenin partlayıcı yüklü avtomobili işçiləri daşıyan avtobusa vurması nəticəsində beş Çin işçi və pakistanlı sürücü həlak olub.
Hökumət hücumun Əfqanıstanda planlaşdırıldığını və partlayışı törədənin Əfqanıstan vətəndaşı olduğunu bildirib. Əfqanıstanın “Taliban” hökuməti bu iddiaları təkzib edib.
“AzPolitika.info”


Şərhlər