Menu

Ölkənin parlaq gələcəyi üçün mübarizə aparmağa hazırıq - Venesuelanın vitse-prezidenti

27.05.2024, 21:55
Ölkənin parlaq gələcəyi üçün mübarizə aparmağa hazırıq - Venesuelanın vitse-prezidenti

Venesuelalılar ölkə üçün mübarizə aparmağa və özləri üçün parlaq gələcəyi təmin etməyə hazırdırlar.

"Report" xəbər verir ki, bunu Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkədə keçiriləcək seçkilərə həsr olunmuş onlayn mətbuat konfransında deyib.

“Bizə müstəqilliyi heç kim vermədi, onun uğrunda mübarizə apardıq, vuruşduq. Biz o dövrün müstəmləkəçi dövlətləri qarşısında müstəqilliyimizin təməl daşını qoyacaq qədər irəli getdik. Lakin 200 ildən çox vaxt keçdikdən sonra Venesuela yenidən eyni geosiyasi münaqişənin içindədir”, - o vurğulayıb.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçiriləcək.

Nikolas Maduro üçüncü dəfədir ki, ölkə prezidentliyinə namizəddir. Venesuela Konstitusiyası Prezidentin və digər seçilmiş vəzifələrə təkrar seçilmə sayına məhdudiyyət qoymur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol