Menu

İran ilk dəfə Rusiyaya ən yeni aviabombalarını verib - VİDEO

28.05.2024, 11:13
İran ilk dəfə Rusiyaya ən yeni aviabombalarını verib - VİDEO

İran ilk dəfə olaraq özünün yeni aviabombalarını Ukraynaya hücum etməsi üçün Rusiyaya ötürüb.

“AzPolitika” xəbər verir ki, bunu “Bild” nəşrinin tanınmış eksperti Julian Röpke bəyan edib.

Xəbərdə qeyd olunur ki, dünən Rusiyanın Kursk vilayətində İranın böyük PUA-sı olan “Qods Mohajer-6” qəzaya uğrayıb. O, göyərtəsində İranın ən son idarə olunan “Qaim-5” bombalarını daşıyıb. İranın özündə onlar yalnız 2019-cu ildə istifadəyə verilib. Məlum olub ki, bu PUA Ukraynanın Sumı vilayətinə hücum etməli idi. Lakin naməlum səbəbdən qəzaya uğrayaraq, Kursk vilayətində yerə düşüb.

Qeyd olunur ki, daha əvvəllər Rusiya Silahlı Qüvvələri Ukraynada yüksək dəqiqliyə malik “Qaim-5”-dən istifadə etməyib. Röpkenin fikrincə, onların istifadəsi Tehran və Moskva arasında hərbi əməkdaşlığın “yeni səviyyəyə” yüksəldiyini göstərir.

Xatırladaq ki, Qərb kəşfiyyatı daha əvvəl İran və Rusiya arasında ballistik raketlərin ötürülməsi ilə bağlı razılaşma barədə məlumatlara malik olduğunu bildirib. Lakin bunun artıq baş verdiyinə dair hələ ki, heç bir fakt yoxdur.

Onu da qeyd edək ki, “Böyük yeddilik” aprel ayında İrandan Rusiyaya ballistik raketlər göndərməkdən çəkinməyi tələb edərək, bunun səbəb ola biləcəyi "yeni və əhəmiyyətli addımlar" barədə xəbərdarlıq etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol