Menu

Fransa Kiyevə təlimatçılar göndərəcək? – Sirski təsdiqləyir, Fransa isə...

28.05.2024, 12:36
Fransa Kiyevə təlimatçılar göndərəcək? – Sirski təsdiqləyir, Fransa isə...

Fransa Ukrayna hərbçilərinə təlim keçmək üçün Kiyevə təlimatçılar göndərəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski Fransa və Ukrayna müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra bildirib.

Sırskinin sözlərinə görə, o, artıq fransalı təlimatçıların Ukraynanın təlim mərkəzlərinə baş çəkməsinə, həmçinin onların infrastrukturu və kadrları ilə tanış olmasına imkan verəcək sənəd imzalayıb.

"İnanıram ki, Fransanın addımı digər tərəfdaşları da bu layihəyə qoşulmağa təşviq edəcək", - Sirski yazıb.

Fransa Müdafiə Nazirliyindən isə “Reuters” agentliyinə bildirilib ki, Ukraynaya təlimatçıların göndərilməsi məsələsi üzərində hələlik iş gedir.

“Bir neçə dəfə qeyd edildiyi kimi, müzakirə olunan layihələrdən biri də Ukrayna torpağında hərbçilərə veriləcək təlimdir. Müzakirə edilən bütün layihələr kimi, bu da ukraynalılarla birgə əməkdaşlığın mövzusu olaraq qalır, xüsusən də onların dəqiq ehtiyaclarını anlamaq üçün”, - Fransa Müdafiə Nazirliyindən bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol