Menu

“Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib” - Trüdo

29.05.2024, 09:07
“Kanada İsrailin Rəfah bölgəsinə endirdiyi zərbələrdən dəhşətə gəlib” - Trüdo

Kanada hakimiyyəti İsrailin Rəfah bölgəsinə endirdiyi zərbənin nəticələrindən dəhşətə gəlib, həmçinin İsrailin bu şəhərdəki hərbi əməliyyatına qarşı çıxır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanadanın Baş naziri Castin Trüdo bildirib.

“İsrailin Rafahda dinc sakinlərin ölümünə səbəb olan zərbələri bizi dəhşətə gətirir. Kanada heç bir şəkildə İsrailin Rəfahdakı hərbi əməliyyatlarını dəstəkləmir. Qəzza zolağında gördüyümüz kütləvi insan iztirablarına son qoyulmalıdır”, - Trüdo vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol