Rusiyanın “Rostelekom” şirkəti Ermənistanda nəhəng Data Mərkəzi istifadəyə verib. Büdcəsi 20 milyon dollar Mərkəz Ermənistanın Abovyan şəhərində fəaliyyətə başlayıb. Bu vəsaitin yalnız 1,5 milyonunu Ermənistan hökuməti verib. Qalan vəsaiti isə Rusiyanın “Rostelekom” şirkətinin buradakı qurumu – “GNC-ALFA”-nın yeni adla fəaliyyətə başlayan OVİO şirkəti investisiya edib.
Xatırladaq ki, Ermənistanın bütün telekommunikasiya və intetnet üzrə magistral şəbəkəsinin 80%-i Rusiyanın bu qurumuna məxsusdur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, müharibədən sonra “Rostelekom” tələm- tələsik bu bölgədən çəkilmək istəyirdi. Şirkəti 25 milyon dollara satışa çıxarsa da, Ermənistan hökuməti bu prosesə əl qoymuşdu:
“Lakin sonradan “Rostelekom”la Ermənistan hökuməti anlaşa bildilər. Ermənistanda əsas data emalını və bulud xidmətlərini reallaşdıracaq OVİO data mərkəzi Tier III standartı əsasında tikilib” - deyə, o, bildirib.
Ekspert vurğulayır ki, Rusiya ilə münasibətlərdən şikayətlənsələr də, görünən odur ki, Ermənistana ən böyük investisiya yatıranlardan birisi məzh elə Rusiyadır.
“AzPolitika.info”


Şərhlər