Menu

Sırski Rusiya qoşunlarının Xarkovda daha irəliləyə bilməyəcəyini deyib

30.05.2024, 12:02
Sırski Rusiya qoşunlarının Xarkovda daha irəliləyə bilməyəcəyini deyib

Rusiya ordusu cəbhənin digər istiqamətlərindən Xarkova əlavə briqadalar cəlb etsə belə, bu faktor effektiv hücum və irəliləyiş üçün kifayət etməyəcək.

APA-nın xəbərinə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.

O əlavə edib ki, son sutkada qarşı tərəf Ukrayna ordusunun mövqelərini artilleriya və idarə oluna bilən aviasiya bombalarından atəşə tutub.

A. Sırskinin fikrincə, hərbçilərin qarşısında duran əsas məsələlərdən biri hava hücumundan müdafiə taktikasının gücləndirilməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol