Menu

Şolts da Rusiya ərazisinin vurulmasına tərəfdardır

30.05.2024, 12:59
Şolts da Rusiya ərazisinin vurulmasına tərəfdardır

“Ukraynanın müdafiə hərəkətləri təcavüzkarın ərazisinə keçə bilər”

Məlum olduğu kimi, son günlər Qərbdəki əsas müzakirə mövzularından biri işğala məruz qalmış Ukraynaya Qərb silahlarından istifadə edərək, Rusiya ərazisini vurmaq icazəsinin verilməsidir. Artıq 10 ölkə verdikləri silahların istifadəsilə bağlı Ukraynaya heç bir məhdudiyyət qoymadıqalrını rəsmi şəxslər səviyəsində bəyan ediblər.

ABŞ mətbuatı Co Baydenin də eyni qərarı vermək üzrə olduğunu yazır. Belə görünür ki, bu sıraya xüsusilə ehtiyatlı davranışı ilə seçilən Almaniya kansleri Olaf Şolts da daxil olacaq.

“AzPolitika” xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Almaniya ehtiyatla da olsa, Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahlarından atəş açmasına icazə verməyə doğru gedir. Nəşr Almaniya hökumətinə yaxın mənbə ilə söhbətindən sonra yazıb ki, Şolts Rusiyadakı hədəflərə qarşı Qərb silahlarının istifadəsinə icazə verilməsinin tərəfdarıdır. Lakin mənbə təfərrüatları açıqlamayıb.

Eyni zamanda, Almaniya federal hökumətinin spikeri Şteffen Qebeştrayt jurnalistlərə bildirib ki, “Ukraynanın müdafiə hərəkətləri təkcə öz ərazisi ilə məhdudlaşmır, təcavüzkarın ərazisinə də keçə bilər”.

Bununla belə, o qeyd edib ki, Kiyevlə alman silahlarının istifadəsi ilə bağlı razılaşmaların təfərrüatlarını açıqlaya bilməz, çünki onlar “məxfidir”.

Qebeştrayt əlavə edib ki, Şoltsun bir il əvvəl Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməyəcəyinə dair "konsensus" olduğunu deməsi o demək deyildi ki, zərurət yarandıqda bu mövqe dəyişə bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol