Menu

“ABŞ və İtaliya icazə vermir...” – Hərbi analitik Ukrayna cəbhəsində son durumu açıqladı

30.05.2024, 13:18
“ABŞ və İtaliya icazə vermir...” – Hərbi analitik Ukrayna cəbhəsində son durumu açıqladı

“Cəbhədəki ümumi vəziyyət Rusiya ordusunun cəbhənin şimal-şərq və şərq sektorlarında hücum hərəkətləri ilə müəyyən edilir. Burada Rusiya silahlı qüvvələrinin hücum imkanları maksimum həddə çatır”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış hərbi analitik Aqil Rüstəmzadə Rusiya - Ukrayna müharibəsində mövcud əməliyyat şəratini qiymətləndirərəkən deyib.

“Amma buna baxmayaraq, Rusiya Xarkov istiqamətində hücum sürətini itirib, Xarkov və Luqansk vilayətlərinin və Donetsk vilayətinin bəzi hissələrinin qovşağında kiçik uğurlar əldə edir. Rusiya hələ də Ukrayna ordusunun mövqelərinə qarşı idarə olunan bombalardan kütləvi şəkildə istifadə etdiyinə görə qismən hücum etmək imkanına malikdir”, - ekspert qeyd edib.

A.Rüstəmzadənin sözlərinə görə, Rusiya tərəfdə artıq piyada döyüş maşınlarının çatışmazlığı var. Analitik qeyd edir ki, T-72 tanklarının uyğunlaşdırılaraq piyadaların cəbhə xəttinə daşınması üçün istifadə olunmasının səbəbi budur.

“Rusiya Federasiyasının hücumda yüksək imkanlarını nə qədər saxlaya biləcəyini proqnozlaşdırmaq çətindir. Səbəb ABŞ və İtaliyanın aviabomba daşıyıcılarını vura bilən zenit-raket kompleksləri ilə Rusiya ərazisi üzərindəki hava hədəflərini məhv etməyə icazə verməməsidir. Yəqin ki, yaxın 3-5 gündə vəziyyət ciddi şəkildə dəyişməyəcək”, - Aqil Rüstəmzadə vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol