Məhkəmə prokurorluğun təqdimatına baxıb və X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
- - -
Prokuror Xədicə İsmayılova 3 ay həbs istəyib. Bir azdan qərar açıqlanacaq. Bu haqda "Azadlıq" radiosuna vəkil Elton Quliyev məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə heyəti müşavirəyə gedib.
---
“Azadlıq” radiosu Baş Prokurorluğun jurnalist Xədicə İsmayılovanın həbs olunması üçün məhkəməyə təqdimat verdiyi haqda məlumat yayıb.
Məlumatda deyilir ki, təqdimata Sabail Rayon Məhkəməsində baxılacaq. Artıq Xədicə İsmayılova məhkəməyə aparılıb.
Vəkil Elton Quliyev məhkəmənin jurnalistlə bağlı həbs qərarı çıxaracağını ehtimal edir.
Xədicə İsmayılova ailə üzvlərindən dərmanlarını və paltarlarını gətirmələrini istəyib.
[caption id="attachment_75843" align="alignleft" width="720"]

Bu il fevralın 17-də Xədicə İsmayılova “Feysbuk” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb.
Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur.
Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi zamanı Xədicə İsmayılovanın ölkədən çıxmasına məhdudiyyət də qoyulub.





Şərhlər