ABŞ-nin 320 milyon dollar xərclədiyi üzən limanı cəmi 12 gün fəaliyyət göstərə bilib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, üzən liman hava şəraiti və güclü dalğalar səbəbindən çöküb.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, limanın təmiri bir həftədən çox vaxt aparacaq.
Xatırladaq ki, liman Qəzzaya humanitar yardımların çatdırılması üçün ABŞ tərəfindən inşa olunmuşdu.
“AzPolitika.info”




Şərhlər