Menu

“F-16"-nın verilməsi nüvə siqnalıdır” - Lavrov yenə təhdid etdi

30.05.2024, 14:34
“F-16"-nın verilməsi nüvə siqnalıdır” - Lavrov yenə təhdid etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Kreml Ukraynaya “F-16” qırıcılarının tədarükünə “NATO-nun nüvə sahəsində siqnalı” kimi baxacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, S.Lavrov “F-16”-ların nüvə silahı olmayan Ukraynaya ötürülməsini özünəməxsus şəkildə Rusiyaya qarşı nüvə təhdidi kimi qələmə verib.

Onun sözlərinə görə, bu tip qırıcılardan uzun illər NATO-nun birgə nüvə missiyaları çərçivəsində istifadə olunub: “Buna görə də biz Kiyev rejiminə bu sistemlərin verilməsini NATO-nun nüvə sahəsində məqsədyönlü siqnal hərəkəti kimi qəbul etməyə bilmərik. Onlar bizə başa salmağa çalışırlar ki, ABŞ və NATO Ukraynada hər şeyə hazırdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol