Menu

“Karasinin çıxışı əsl təxribatdır, buna imkan vermək olmaz” – Ramiz Yunus

30.05.2024, 17:15
“Karasinin çıxışı əsl təxribatdır, buna imkan vermək olmaz” – Ramiz Yunus

“Rusiya Federasiya Şurasının komitə sədri Qriqori Karasinin Xankəndində Rusiya Baş Konsulluğunun açılması təklifi ilə çıxış etməsi əsl təxribatdır”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.

“Uzun illər erməni işğalında qalan Qarabağda Azərbaycanın qələbəsi və suverenliyini tam bərpa etməsi Rusiyadakı müəyyən dairələrin boğazında sümük kimi qalıb” – deyə, o, əlavə edib.

Təhliçi qeyd edir ki, bu təklif həm də Azərbaycan cəmiyyətinin reaksiyasının yoxlamaqdır və ona görə də bu cür təxribatların qarşısını almaq lazımdır: “Azərbaycan xalqının tarixi yaddaşı artıq kənardan heç kimə dədə-baba torpağında nəyi və necə edəcəyini söyləməsinə imkan verməyəcək. Cənab Karasin də təcrübəli diplomat kimi xalqımızın səbrini sınamamalıdır. Bu, rus məsəlini unutmasın: “Sakit olanda narahat olmayın”.

“AzPolitika.info”

Şərhlər

Türk Turan 2024-05-30 21:01:00

Xankəndində Rusiya Baş Konsulluğunun açılması təklifini qətiyyətlə rədd edirik!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol