Çin Rusiya Federasiyası və Ukraynanın iştirak edəcəyi sülh konfransını təşkil edə bilər.
“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə istinadla Rusiyanın RİA nəşri yayımlayıb.
Lavrov deyib ki, Rusiya Çinin Ukraynada sülhün bərqərar olması ilə bağlı təkliflərini məqbul sayır: “Biz Çinin mövqeyini bölüşürük ki, əvvəlcə münaqişənin əsas səbəblərini aradan qaldırmaq və bütün tərəflərin qanuni maraqlarını qorumaq, ardınca isə bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında razılaşmalar əldə etmək lazımdır”.
Qeyd edək ki, Rusiya dəfələrlə Ukraynanı və Qərbi işğal edilmiş ərazilərin Rusiya ərazisi kimi tanınması şərti ilə danışıqlara çağırıb. Lakin Kiyev bu təklifləri rədd edib.
Lavrov həmçinin, növbəti dəfə ABŞ-ni Ukraynaya yardım etdiyinə görə tənqid edib və Vaşinqtonun “Kiyev rejiminin cinayətlərində şərik olduğunu” bildirib.
“AzPolitika.info”


Şərhlər