Azərbaycan Baş nazirin müavini Əli Həsənov ermənilərin əsir götürdüyü girovlarımızla bağlı Azərbaycan prezidentinin tapşırığı haqqında jurnalistlərə məlumat verib.

ANS TV-nin məlumatına görə, Əli Həsənov bildirib ki, ermənilər tərəfindən əsir götürülərək öldürülən Həsən Həsənov və daha 2 girovun ailələri ilə mütamadi əlaqə saxlanılır. Onlarin mənzil şəratininin yaxşılaşdırılması üçün xüsusi tədbirlər görülür.

Əli Həsənov əksər beynəlxalq təşkilatların girovlarla bağlı cavabın beynəlxalq hüquqa zidd olduğunu deyir. Onun sözlərinə görə, bu cavabların içərisində eləsi var ki, heç bir beynəlxalq hüquqa uyğun deyil və çox primitivdir.