Menu

Çin Ukrayna Sülh Sammitinə qatılmayacaq - Pekin şərtlərini açıqladı

31.05.2024, 11:02
Çin Ukrayna Sülh Sammitinə qatılmayacaq  - Pekin şərtlərini açıqladı

Çin iyunda İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh Sammitində iştirakdan imtina edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Pekin sammitə qatılmaq təklifini rədd edib, çünki onun iştirak üçün irəli sürdüyü şərtlər, o cümlədən Rusiyanın iştirakı təmin olunmayıb.

Qeyd edək ki, bundan öncə Pekinin bu sammitə yüksək ranqlı diplomatları səviyyəsində qatılacağı bildirilirdi.

Mənbələrin məlumatına görə, Çin bu həftə xarici diplomatlara bildirib ki, yerinə yetirilməmiş şərtlər arasında konfransın həm Ukrayna, həm də Rusiya tərəfindən tanınması, onların orada bərabər şəkildə iştirak etməsi və bütün təkliflərin ədalətli müzakirəsi var.

Bununla da Pekin işğalçı ilə işğala məruz qalan ölkəni eyni səviyyədə gördüyünü, dolayısı ilə də Rusiya işğalına haqq qazandırdığını göstərmiş olub. Eyni zamanda, bu addım Kremlə əsas verib ki, Ukraynaya dair sammitin “fiaskoya uğradığını” bəyan etsin.

Xatırladaq ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrə hakimiyyətinin məlumatına görə, Rusiya Federasiyası bu görüşə dəvət olunanlar arasında yoxdur. Vladimir Putin isə daha əvvəl bəyan etmişdi ki, Rusiyanı orada görmək istəməsələr, Kreml konfransda iştirakını tələb etməyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol