Rusiyanın Ukraynanın enerji infrastruktrunu mütəmadi olaraq bombalaması ölkənin enerji sektoruna ciddi ziyan vurub. Nəticədə ölkədə enerji daşıyıcılarının maya dəyəri xeyli artıb.
“AzPolitika” xəbər verir ki, Ukrayna hökuməti ölkədə iyunun 1-dən əhali üçün elektrik enerjisi tarifini 60% artıraraq 4,32 qrivenə çatdırıb. Nazirlər Kabineti mayın 31-də müvafiq qərar qəbul edib.
Daha əvvəl hökumət diferensiallaşdırılmış tarif tətbiq etməyi planlaşdırırdı. Lakin sonradan sabit tarif tətbiqi qərara alınıb.
“AzPolitika.info”


Şərhlər