Menu

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır" - Kobaxidze

31.05.2024, 23:17
"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır" - Kobaxidze

"Gürcüstanla və ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır".

APA Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Gürcüstan-Amerika münasibətlərinə həqiqətən də yenidən baxmaq lazımdır, biz bunu ABŞ səfiri ilə müzakirə etdik... Keçmiş səfirin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yaxşılaşdırılmalı və yenidən nəzərdən keçirilməlidir”, - Kobaxidze vurğulayıb.

Baş nazirin sözlərinə görə, Birləşmiş Ştatlardan maliyyə alan gürcü Qeyri Hökümət Təşkilatları inqilab etməyə çalışıb.

“İki inqilab cəhdi olub. Son həftələrdə isə üçüncü cəhd oldu”, - Kobaxidze əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol