Menu

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilir

01.06.2024, 09:06
Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilir

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.

İclaslarda TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol