Koreya Xalq Demokratik Respublikası (KXDR) mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Müdafiə Nazirliyinin rəis müavini Kim Qan İlyaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Pxenyan bu addımları müvəqqəti dayandıracaq, çünki onlar sadəcə cavab tədbiridir.
Eyni zamanda o, Cənubi Koreya tərəfdən təbliğat vərəqələrinin yenidən paylanacağı təqdirdə KXDR-in zibillərin şarlarla göndərilməsini bərpa edəcəyi ilə bağlı xəbərdarlıq edib.


Şərhlər
Daha dronlarla müharibə erası dəbdən düşdü. Müharibə aparmağın yeni üsulu-zibillərlə müharibə erası başladı. Kimin zibili çoxdursa deməli o düşmənini daha çox zibilləyərək məğlub edəcək. Odur ki, zibil artıq qiymətli strateji hərbi silahdır və onu qorumaq lazımdır. Əcəba bizdə zibil nə qədərdir və haradadır. ...