Menu

Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2,5 mlrd. dollardan çox artıb

03.06.2024, 15:38
Mərkəzi Bankın valyuta ehtiyatları son bir ildə 2,5 mlrd. dollardan çox artıb

Bu il iyun ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.45% və ya 52.9 milyon ABŞ dolları artaraq 11 milyard 713.7 milyon ABŞ dollarına çatıb.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 27.7% və ya 2 milyard 538 milyon dollar artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 175.7 milyon dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol