Menu

Rusiya ərazisi alman silahı ilə də vurulacaq - Şolts razıdır

04.06.2024, 12:23
Rusiya ərazisi alman silahı ilə də vurulacaq - Şolts razıdır

Almaniya kansleri Olaf Şolts deyib ki, Ukraynanın Almaniyanın verdiyi silahlardan Rusiya ərazisində istifadəsinə icazə verilməsi heç bir eskalasiyaya səbəb olmayacaq. Çünki söhbət özünümüdafiədən gedir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, O.Şoltsun dediyinə görə, Xarkov kimi şəhərlərin qorunması naminə Rusiya ərazisinin vurulması labüddür: “Biz əminik ki, bu, eskalasiyaya gətirib çıxarmayacaq. Çünki ABŞ prezidentinin dediyi kimi, yeganə sual ondan ibarətdir ki, nə etmək olar ki, məsələn, Xarkov kimi böyük şəhərləri qorumaq mümkün olsun”.

O əlavə edib ki, ilk dəfə ötən həftə açıqlanan qərar tərəfdaşlarla məsləhətləşmələrdən sonra qəbul edilib.

Qeyd edək ki, bundan öncə Almaniyanın Müdafiə naziri Boris Pistorius Berlinin Ukraynanın Rusiyadakı hərbi hədəflərə qarşı alman silahlarından istifadə etməsinə icazə verməsini “dəyişən vəziyyətə strateji düzəliş” kimi izah edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol