Menu

Ukraynada sülh necə olmalıdır? - Bayden açıqladı

04.06.2024, 17:42
Ukraynada sülh necə olmalıdır? - Bayden açıqladı

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukrayna üçün gələcəkdə sülhü necə gördüyünü açıqlayıb.

“AzPolitika” xəbər verir ki, “Time” nəşrinə müsahibəsində Ağ Ev rəhbərinə sual verilib ki, Ukraynada son məqsəd nə olmalı və sülh necə olmalıdır.

Bayden cavabında deyib: “Sülh Rusiyanın Ukraynanı heç vaxt işğal etməyəcəyinə zəmanət şəklində olacaq”.

ABŞ prezidenti bu zaman “heç vaxt” sözünü dörd dəfə təkrarlayıb.

Bununla yanaşı, ABŞ prezidenti Ukraynanın NATO üzvlüyünə tərəfdar olmadığını da qeyd edib: "Və bu, NATO demək deyil, onların(Ukraynanın-red.) NATO-nun bir hissəsi olması demək deyil. Bu, o deməkdir ki, bizim silah tədarük etdiyimiz digər ölkələrlə olduğu kimi onlarla da münasibətimiz var. Bu, ondan ötrüdür ki, onlar gələcəkdə özlərini müdafiə edə bilsinlər".

Eyni zamanda, ABŞ lideri xatırladıb ki, o, əvvəllər də Ukraynanın “NATOlaşmasına” dəstək verməyə hazır olmadığını bildirib. Onun fikrincə, Qərb ölkələri Ukraynanın çökməsinə imkan versə, o zaman Rusiyaya qonşu olan digər ölkələr də eyni aqibəti yaşayacaq.

Baydenə NATO-nun Rusiya ilə müharibə etmək kimi “sürüşkən yolda olması” təhlükəsi barədə də sual verilib: "Xeyr, əksinə, əgər Ukrayna ilə bağlı bir şey etməsək, müharibə üçün sürüşkən bir yolda olacağıq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol