Menu

Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

05.06.2024, 15:18
Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb. Bu barədə Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı "Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə təsdiqlənən müvafiq Fərmanda yer alıb.

Müaviq fərmanla sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Qaynarinfo-nun məlumatına görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək. 

Şərhlər

Cəmşid Dərələyəzli 2024-06-05 17:30:29

Bizim yaxınımız olmayacaq ki. Təbii ki, illərdir hakimiyyətdə oturdulmuş nazirlərin, rektorların qardaşları olacaq. Onlar o qədər uzun vəzifədə qaldılar ki, özlərinə tam bir "çətə" formalaşdırdılar. Onların bəziləri vəzifədən getsə də, hansı daşı qaldırıllar altında onların tör-töküntüləri çıxır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol