“Rusiya təcavüzünün dağıdıcı nəticələrindən əziyyət çəkən, ərazisində müharibə gedən tərəf kimi məhz Ukrayna təyin etməlidir ki, Ukraynada sülh necə olacaq. Belə sülhə nail olmaq üçün yeganə ədalətli əsas Ukrayna Prezidenti Volodimir Zelenskinin Sülh Formulasıdır”.
“AzPolitika” xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin Çinin Ukraynada “sülh təşəbbüsünə” cavabında belə deyilir.
Nazirliyin bəyanatında qeyd edilir ki, ukraynalı diplomatlar Çin Xalq Respublikasının Xarici İşlər naziri cənab Vanq Yinin türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında söylədiyi sözləri nəzərə alıblar: “Çin haqlı olaraq bütün dünya ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və bütün gücü ilə sülh üçün mübarizə əzmini bəyan edir. Gələn həftə İsveçrədə Qlobal Sülh Sammiti keçiriləcək. İnanırıq ki, sülhün bərpasına səmimiyyətlə çalışan bütün ölkələr onun uğurunu təmin etmək üçün birlikdə çalışmalıdırlar, sammiti pozmaq üçün səy göstərməməlidirlər”. Bununla da rəsmi Kiyev növbəti dəfə Çinin sözügedən sammiti pozmağa çalışdığını bəyan etmiş olub: “Ukrayna Xarici İşlər Nazirliyi əmindir ki, ÇXR-in yüksək nümayəndəsinin sammitdə iştirakı Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə və onun ərazi bütövlüyünün bərpasına əməli töhfə vermək üçün yaxşı fürsət ola bilər. Tammiqyaslı işğalın başlanmasından bəri Çin və işğalçı dövlət olan Rusiya arasında baş tutan liderlər səviyyəsində dörd sammit fonunda bu, Çinin balanslaşdırılmış mövqeyinin mühüm siqnalı olardı. ”
“AzPolitika.info”


Şərhlər
Əgər sülh olarsa bunu elə Çinlə ABŞ təyin edəcək,səndən soruşan olmayacaü,bir sözlə bizdə məhəllə uşaqların dediyi kimi,sən öz işinlə məşğul ol