Menu

Sarqsyan keşiş Baqrata vəd verib... - “Əsas məsələ Paşinyandan yaxa qurtarmaqdır”

05.06.2024, 16:51
Sarqsyan keşiş Baqrata vəd verib... - “Əsas məsələ Paşinyandan yaxa qurtarmaqdır”

Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları təşkil edən keşiş Baqrat Qalstanyanın sabiq prezident Serj Sarqsyanla görüşərək, anlaşdığı məlum olub.

“AzPolitika” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Sarqsyan Qalstanyana sona qədər birmənalı dəstək verəcəyini bəyan edib: “Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan bir neçə gün əvvəl “Vətən Uğrunda” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanla Dzoraqbyurdakı evində keçirdiyi görüşdə əmin edib ki, o, etirazı sona qədər dəstəkləyəcək.

O, qeyd edib ki, rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası və onun özü üçün son məqsəd Baş nazir Nikol Paşinyandan yaxa qurtarmaqdır və hətta bundan sonra onun(Sarqsyanın-red.) siyasi qüvvəsi dövlət idarəçiliyi sisteminə ümumiyyətlə cəlb olunmaya da bilər. Baqrat Qalstanyan hərəkatın gələcək taktikası ilə bağlı öz baxışından danışıb. 

O, əvvəlcə proseslərin parlamentə daşınmasının, baş nazirə etimadsızlıq səsverməsinin tərəfdarı olduğunu deyib, lakin bununla yanaşı, hələlik küçə təzyiqlərini artıracağını bildirib. 

Serj Sarqsyan isə qeyd edib ki, onlar bu təşəbbüsü hələ hərəkatı İrəvana keçirməzdən əvvəl dəstəkləyiblər. Belə ki, Respublika Partiyasıının üzvləri vaxtaşırı Kirantsda olublar. Yada salaq ki, Baqrat Qalstanyan hərəkatın başlamasına təxminən 15 gün qalmış Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da görüşüb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol