Menu

Simonyanın qardaşı arvadı barəsində cinayət işinin icraatı dayandırılıb

05.06.2024, 18:45
Simonyanın qardaşı arvadı barəsində cinayət işinin icraatı dayandırılıb

Ermənistan Parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan barəsində başlanmış cinayət işi üzrə icraat dayandırılıb.

APA-nın “news.am”a istinadən məlumatına görə, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ani Gevorkyan istintaq dövründə günahını səmimi etiraf edib və törətdiyi əməldən peşman olduğunu bildirib:

Ermənistanın Baş Prokurorluğunun açıqlamasında deyilir ki, 20 may 2024-cü il tarixində Ani Gevorkyanın cinayət işi üzrə icraat dayandırılıb. 17, 23, 27 və 29 may tarixlərində həmin cinayət işində adları keçən digər şəxslər barəsində də eyni qərarlar qəbul edilib.

Qeyd edək ki, Ani Gevorkyan və Ermənistanın İqtisadiyyat Nazirliyinin əməkdaşı olan 7 nəfər bu ilin əvvəlində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol