Menu

Macarıstan Sülh Sammitinə qatılacaq - Lakin Orban İsveçrəyə getməyəcək

06.06.2024, 16:40
Macarıstan Sülh Sammitinə qatılacaq - Lakin Orban İsveçrəyə getməyəcək

Macarıstan İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində iştirak edəcək.

“AzPolitika” xəbər verir ki, bunu Sankt-Peterburqa səfəri zamanı Macarıstanın XİN başçısı Peter Siyarto bəyan edib. Lakin ölkəni tədbirdə Baş nazir Viktor Orban yox, nazir Siyarto təmsil edəcək.

Peter Siyarto bildirib ki, Macarıstan sülhün tərəfindədir və sülhün gündəmdə olduğu bütün tədbirlərdə iştirak edir.

Eyni zamanda, nazir Rusiyanın İsveçrə görüşünə dəvət edilməməsindən təəssüfləndiyini bildirib: "Hesab edirik ki, hər kəs danışıqlar masası arxasında olarsa, real nəticələr gözləmək olar. Bu dəfə belə deyil, lakin İsveçrənin sülh səylərinə hörmət etdiyimiz üçün xarici işlər naziri səviyyəsində iştirak edəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol