Menu

“Putinin xəbərdarlıqları ciddi qəbul edilməlidir” - Peskov

06.06.2024, 17:46
“Putinin xəbərdarlıqları ciddi qəbul edilməlidir” - Peskov

“Vladimir Putinin dəqiq silahların digər ölkələrə verilməsi barədə xəbərdarlıqları ciddi qəbul edilməlidir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Bu, çox vacib bəyanatdır, bizə atəş açacaq silahların tədarükü nəticəsiz qala bilməz və bu nəticələr mütləq olacaq”, - Peskov izah edib.

Kreml nümayəndəsi bu cür silahların hansı ölkələrə göndərilə biləcəyini açıqlamayıb.

"Hər şey çox sadədir və buna görə də ətraflı nəsə deməyə ehtiyac yoxdur", - Peskov bildirib.

Dünən xarici jurnalistlərlə söhbətində Vladimir Putin bildirib ki, Qərb ölkələri Rusiyaya hücum etmək üçün Ukraynaya silah tədarük etsələr, o zaman Rusiya “asimmetrik cavab” nəzərdən keçirə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol