Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
"AzPolitika.info" xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən sözügedən vəzifəyə Elşad Məmmədli təyin edilib. O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu “Lupp+Partner Partnerschaft mbB” hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.
Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.
Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb.
Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.
Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin-Luter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.


Şərhlər
Cənab Nazir , Gürcüstanın, Ukraynanın və Bakı Beynalxalq Universitetinin diplomlarını əldə edənlər nazirlikdə mühüm vəzifə sahibidirlər Araşdırıb onlar haqqına ciddi tədbirlər görülməlidir, çünki özlərinə layiq olmayan vəzifə sahibisdirlər.