Menu

"Çakır" Azərbaycanda deputat olmaq istəyir - VİDEO

07.06.2024, 13:05
"Çakır" Azərbaycanda deputat olmaq istəyir - VİDEO

Türkiyənin məşhur serialı “Kurtlar Vadisi”ndə “Süleyman Çakır” obrazını canlandıran Oktay Kaynarca azərbaycanlıların ona olan sevgisindən danışıb.

"AzPolitika"nın məlumatına görə, o bu barədə “Biz-bizə” verilişində bildirib

Sənətçi İnstaqramda onu ən çox izləyən şəhərlər sırasında Bakının üçüncü olduğunu deyib.

"Azərbaycan mənim üçün çox maraqlı bir ölkədir. Onların sevgisi məni çox təəccübləndirir. Özlərindən biri kimi görürlər. Artıq mən də buna alışdım. Dedim ki, ən sonda gedib orada millət vəkili olacağam", - aktyor bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol