Menu

Rusiyadan ABŞ-yə qarşı növbəti addım – Döyüş gəmilərini Kubaya göndərir

07.06.2024, 16:05
Rusiyadan ABŞ-yə qarşı növbəti addım – Döyüş gəmilərini Kubaya göndərir

Rusiya ABŞ-nin yaxınlığındakı Kubaya döyüş gəmiləri və nüvə sualtı qayığı göndərir.

“AzPolitika” xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda 12-17 iyun tarixləri arasında Rusiyadan 3 gəmi və bir nüvə sualtı qayığın Havanadakı limana səfər edəcəyi qeyd edilib.

“Gəmilərin heç biri nüvə silahı daşımadığından onların ölkəmizdə qalmaları bölgə üçün təhlükə yaratmır. Birlikdə olduğumuz ölkələrin belə səfərləri dostluq və əməkdaşlıq adına tarixi təcrübədir”,-məlumatda bildirilir.

ABŞ məsələ ilə bağlı Rusiya gəmilərini təhdid kimi görmədiyini, onları təqib edəcəyini açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol