Menu

“Qərarımız dəyişməyəcək, heç kim sanksiyalardan qorxmur” – Kaxa Kaladze

08.06.2024, 11:04
“Qərarımız dəyişməyəcək, heç kim sanksiyalardan qorxmur” – Kaxa Kaladze

“ABŞ-nin Gürcüstan rəsmilərinə qarşı sanksiyaları hökumətin "xarici agentlər" qanunu ilə bağlı mövqeyini dəyişməyəcək”.

Bunu hakim "Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

"Söhbət ölkənin maraqlarından, gələcəyindən gedirsə, sanksiyalar bizim qərarımızı dəyişməyəcək, heç kim sanksiyalardan qorxmur", - Kaladze deyib.

O, həmçinin qeyd edib ki, sanksiya siyahısına şəxsən daxil edilib-edilməməsi barədə ona bildiriş gəlməyib. Kaladze Vaşinqtonun qərarını qeyri-ciddi və gülünc adlandırıb. Onun sözlərinə görə, sonuncu dəfə 2000-ci illərdə "Milan" futbol klubunda çıxış edəndə ABŞ-də olub və bir daha ora getmək arzusu yoxdur.

Birləşmiş Ştatlar Gürcüstanda demokratiyaya xələl gətirdiyinə görə onlarla insana viza məhdudiyyəti tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Buraya o cümlədən ölkənin hakim "Gürcü Arzusu" partiyasının üzvləri, deputatları və hüquq-mühafizə orqanlarının əməkdaşları daxildir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller vurğulayıb ki, Vaşinqton Gürcüstan liderlərinin öz qərarlarına yenidən baxacaqlarına ümid edir: "Bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol