Menu

Aİ-95 markalı benzinin qiyməti 1.5 manata düşə bilər – “Nazirlər Kabineti qərar verməlidir”

08.06.2024, 11:17
Aİ-95 markalı benzinin qiyməti 1.5 manata düşə bilər – “Nazirlər Kabineti qərar verməlidir”

“Azərbaycan Aİ -98 markalı benzini idxal etməkdə davam edəcək, çünki onun istehsalı planlaşdırılmır”.

Bunu “AzPolitika”-ya açıqlamasında neft-qaz sektoru ürə ekspert İlham Şaban bildirib.

O, Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun bu aydan Aİ-95 oktanlı benzin istihesalına başlamasının yanacağın qiymətinə mümkün təsirlərini də şərh edib. İ.Şaban bildirib ki, bu markalı benzinin 1.5 manata düşməsi mümkündür: “Gərək, Nazirlər Kabinetinin 2014-cü il qərarına dəyişiklik edilə. Çünki Aİ-95 oktanlı benzinin qiymətləri 10 il əvvəl “dövlət tərəfindən tənzimlənməyən” mal və xidmətlər siyahısına daxil edilmişdi. İndi bu qayıtmalıdır “tənzimlənən qiymətlər” siyahısına və Tarif Şurası da SOCAR-ın müraciəti əsasında istehsal xərcləri, mövcud satış marjası və vergiləri nəzərə alıb satış qiymətləri təyin etməlidir”.

Hazırda ölkədə Aİ-95 markalı yanacaq pərakəndə bazarda 2 manata satılır. Qiymətlərin yüksək olması, onun xarici ölkələrdən alınaraq gətirilməsi ilə əsaslandırılır.

Xatırladaq ki, Azərbaycan Aİ-95, Aİ-98 markalı yanacağı Rusiya, Belarus və Rumıniyadan idxal edir. Hər il bu məqsədlə ölkədən yüz milyon dollardan artıq valyuta çıxır. 2016-cı ildən yenidən qurulan Bakı Neft Emalı Zavodu Avro-5 standartlartına uyğun dizel və benzin istehsalına başlayıb. Ötən aydan daxili bazarda dizel yanacağının satışına start verilib, iyundan isə Aİ-95 markalı benzin yanacaqdoldurma məntəqələrinə göndəriləcək.

Qeyd edək ki, Bakı Neft Emalı Zavodunun yenidən qurulması SOCAR-a 3 milyard dollardan artıq vəsaitinə başa gəlib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

ehhh 2024-06-08 15:07:37

demek 92 ni legv etmek isteyirler

Elşən 2024-06-08 12:39:57

Azərbaycan Avro 5 dizel yanacaq və benzin istehsal edirsə bəs yanacaqlar niyə bu gündədir

Mubariz 2024-06-08 11:39:20

İlham Şaban savadlı kadırdı ,təssüf ki ,onu kimilərə yer yoxdur ,onun səhvi odur ki bir ildə iki-üç- xarici unversitet bitirməyib,AzPolitika deyirlər Siyavuş bədən tərbiyə üzrə hüquq elmləri doktorudur ,? Xahiş edirəm bu haqda məlumat verin ,zatən büün elmləri fəlsəfənin dalına bağlayıblar ,fizika üzrə fəlsəfə doktoru ,kimya üzrə ,nə bilim nə ,unitaz üzrə fəlsəfə doktoru hökmən MzM -də olmalıdır ,Söz Məzinindir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol