Menu

Basketbol millimiz Ermənistanı məğlub edib

08.06.2024, 12:45
Basketbol millimiz Ermənistanı məğlub edib

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində Ermənistan millisi ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, yığma ilk matçında qələbə qazanıb. Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol