Menu

Trampın ən yaxın adamı həbsxanaya göndərildi – Seçki prosesində iştirak edə bilməyəcək

08.06.2024, 13:37
Trampın ən yaxın adamı həbsxanaya göndərildi – Seçki prosesində iştirak edə bilməyəcək

Federal məhkəmə ABŞ-nin eks-prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Bannonu Konqresə hörmətsizlik ittihamı ilə 4 aylıq həbs cəzasına məhkum edib. O, cəzasını çəkmək üçün iyulun 1-dən etibarən həbsxanada olmalıdır. Bu o deməkdir ki, sağçı medianın ən görkəmli liderlərindən biri hesab edilən Bannon noyabr seçkiləri öncəsi həlledici dövrdə dəmir barmaqlıqlar arxasında qalacaq.

Hazırkı demokrat Prezident Co Bayden və keçmiş respublikaçı Prezident Donald Tramp bu il noyabrın 5-də keçiriləcək seçkilərdə Ağ Ev uğrunda mübarizə aparacaqlar.

Trampın qatı tərəfdarı olan Bannon hökm oxunduqdan sonra deyib: "Bu, Trampın “Amerikanı Yenidən Möhtəşəm Et” hərəkatı - MAGA-nın qarşısını almağa çalışmaqdır". O, qərardan apellyasiya şikayəti verəcəyini və kömək üçün ABŞ Ali Məhkəməsinə müraciət edəcəyini bildirib.

“Bu ölkədə məni susduracaq və MAGA-nın qələbələrinə mane olacaq həbsxana yoxdur. Biz qalib gələcəyik. Ali Məhkəmədə qalib gələcəyik. Ən vacibi isə noyabrın 5-də qalib gələcəyik”, - Bannon bildirib.

Bannon həbsxanaya düşən keçmiş Tramp administrasiyasının ikinci yüksək rütbəli məmuru olacaq. Trampın keçmiş ticarət müşaviri Piter Navarro hazırda 4 aylıq həbs cəzasını çəkir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol