Özbəkistanın Ali Məhkəməsi “Alqa, Qaraqalpaqıstan” müxalifət hərəkatını ekstremist təşkilat kimi tanıyaraq onun ölkə ərazisindəki fəaliyyətini qadağan edib.
Bu barədə xəbəri “Memorial”, insan haqları mərkəzinin Mərkəzi Asiya üzrə direktoru Vitali Ponomaryova istinadla verib.
Hərəkatın “X” platformasından verilmiş məlumatda deyilir ki, Özbəkistanda qapalı məhkəmədə “Qaraqalpaqıstan demokratik partiyasını” ekstremist təşkilat kimi qadağan edib. Ponomaryovun sözlərinə görə məhkəmə bu barədə qərarı hələ fevralın 22-də veribmiş, amma bu haqda yalnız mayın sonunda fəal Paraxat Musapbarov barəsində hökm elan edilərkən məlum olub.
Məhkəmənin qərarında deyilir ki, fəal ekstremist təşkilatda iştirak edib. Hökmü verən hakim Ali Məhkəmənin “Alqa, Qaraqalpaqıstan” təşkilatını qadağan edən qərarına istinad edib.
“AzPolitika.info”


Şərhlər