Menu

Yüksək səviyyəli ABŞ - Ermənistan müzakirələri keçirləcək - Ceyms O'Brayen gələn həftə İrəvana gəlir

09.06.2024, 00:01
Yüksək səviyyəli ABŞ - Ermənistan müzakirələri keçirləcək - Ceyms O'Brayen gələn həftə İrəvana gəlir

Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O'Brayen iyunun 10-12-də Ermənistana səfər edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Gündəliyə əsasən, O'Brayen yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşərək, ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülh sazişinə doğru irəliləyiş, o cümlədən Almata Bəyannaməsindən demarkasiya üçün əsas kimi istifadə olunmasına dəstəyini müzakirə edəcək.

Bundan əlavə, dövlət katibinin köməkçisi Ermənistan - Amerika Strateji Dialoq görüşünə sədrlik edəcək. Bildirilir ki, görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsində əldə edilmiş mühüm irəliləyişlər qiymətləndiriləcək və növbəti addımlar müzakirə olunacaq.

Dövlət katibinin köməkçisi O'Brayen biznes ictimaiyyəti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol