Menu

“Proqramlar və dərsliklər köhnədir, fəlsəfənin əsl mahiyyəti açılmır...” – Etibar Əliyevin yeni kitabı çapdan çıxıb

09.06.2024, 08:12
“Proqramlar və dərsliklər köhnədir, fəlsəfənin əsl mahiyyəti açılmır...” – Etibar Əliyevin yeni kitabı çapdan çıxıb

Tanınmış təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Etibar Əliyevin yeni kitabı çapdan çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə E.Əliyev özü məlumat verib. O, bununla bağlı feysbukda yazır:

“"Məktəbli fəlsəfəsi" kitabım çapdan çıxdı. İnkişaf etmiş ölkələrin orta məktəblərində “Məktəbli fəlsəfəsi” tədris olunur. Təəssüflər olsun ki, ali məktəblərimizdə fəlsəfənin tədrisi məhdudlaşdırılıb. Proqramlar və dərsliklər köhnədir, fəlsəfənin əsl mahiyyəti açılmır. Tələbələr fəlsəfi cərəyanlardan məlumatsızdırlar. Riyaziyyatın, fizikanın, biologiyanın, bütövlükdə elmin fəlsəfəsi kimi istiqamətlər dünyanın ali məktəblərində tədris olunur. İnsanın mənəvi həyatı elm, din, incəsənət və fəlsəfəyə söykənir. Cəmiyyəti elmsiz və incəsənətsiz təsəvvür etmək mümkün olmadığı kimi fəlsəfəsiz də təsəvvür etmək olmaz. Fəlsəfənin bilik və elm sahəsi kimi gündəmə gətirilməsi ali məktəb tələbələri ilə yanaşı, orta məktəblərin yuxarı sinif şagirdləri üçün də aktuallıq kəsb edir. Bu tendensiya çağımızın tələbidir…

Bir dəfə yunan filosofu Pifaqordan soruşurlar ki, o, müdrikdirmi? Pifaqor belə cavab verir: “Mən müdrik deyiləm, filosofam”. Yəni müdrikliyi (sophia) sevirəm (phileo).

İnsanın kamilləşməsi missiyyasını təkcə fəlsəfə üzərinə götürməyib; bununla ədəbiyyat, təsviri incəsənət, musiqi, insanı tərbiyələndirən və onun xasiyyətinə yumşaqlıq gətirən din də məşğul olur. Onlardan fərqli olaraq fəlsəfə təbiətin və cəmiyyətin dərk olunması metodlarını tapmağa, bəşəriyyətin mənəvi təcrübəsini ümumiləşdirməyə və onların bəzi qanunauyğunluqlarını üzə çıxarmağa çalışır. İnsan idrakını genişləndirir. Bununla yanaşı, fəlsəfə özünü anlayış və kateqoriyalar sistemi vasitəsilə ifadə etməyə çalışır ki, bu baxımdan o, fizika və kimya kimi konkret elmlərə bənzəyir.

Bizlərə fəlsəfə elminə maraq oyadan, bu elm sahəsini anlamağa yardımçı olan görkəmli filosof alimlərimiz, mərhum professor Həsən Quliyevə, professor Rəhman Bədəlova, professor Qorxmaz Quliyevə, professor Səlahəddin Xəlilova dərin ehtiramımı bildirirəm”.

“AzPolitika.info”


Şərhlər

Mubariz 2024-06-09 16:15:41

AzPolitika sizə böyük hörmətim var ,bilirəm müəyyən səbəbdən şərhi verməyəcəksiz ,amma .....

Etibar Əliyevə 2024-06-09 13:21:37

ETİBAR müəllim AZƏRBAYCANDA təhsilin səviyyəsi təkcə dərsilklə ölçülmür.sas məsələ Dərliklərin tədrisində çatışmamazlıqlar,Ali məktəblər lüzumsuz sayda tələbə qəbulu və bu məsələlərə hakimiyyətin göz yummasıdır.Bir düşünün nə qədər Ali təhsil diplomu verilən (alan yox ) gənclər işlə təmin olunub?ıİxtisası üzrə iş yeri olmayan gənc diplomlu şəxs nə etməlidir?Market və bazarlara diqqət edin,görün nə qədr Ali təhsil almış diplomlu gənclər qara fəhləlik etməyə məcbur qalıb.Məgər dövlət Ali təhsil ixtisaslarını və ölkənin hamonopolistlərinin rüşvətinin artması xatirinə nə qədər gənci ölkədə lazımsız hala salırBunu d2üşünən və qaydaya salan qurum niyə ortada görünmür.İş yeri tapa biləyən gənc tüfeyıi həyata atıla bildiyini hakimiyyət niyə düşünmür? Niyə tələbə təhsilini tamamladıqdan sonra ixtisası üzrə iş yerinə göndətilməməlidir?Bəlkə bu haqda da düşünəsiniz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol