Menu

Bakıda yaşayış binasında yanğın başlayıb - FOTO

09.06.2024, 22:47
Bakıda yaşayış binasında yanğın başlayıb - FOTO

Bakının Nəsimi rayonunun A.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, polis əməkdaşları cəlb edilib.

Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.

Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.

Foto: Fərman Abiyev.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol